1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maşallah Əhmədov məhkəməyə 45 min manat gətirdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Sportnet.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədov yenə son sözlə çıxış etməkdən imtina edib.
O, məhkəməyə 45 min manat pul gətirdiyini və onu zərərçəkmiş Yusif Əzizova vermək istədiyini bildirib: "Mənə ayın 30-na qədər vaxt verin, fikirləşim. Pul tapmaq asan deyil. Bu pulları da zorla tapmışam. Kimsə Yusifi öyrədib, ona görə də bizdən bu qədər pul tələb edir".
Y.Əzizov isə həmin məbləğlə razılaşmadığını söyləyib. Hakim M.Əhmədova bildirib ki, ona daha əvvəl 20 gün vaxt verilib.
M.Əhmədovun oğlu Tərlan Əhmədov da çıxış edərək, məhkəmədən vaxt istəyib: "Bizə vaxt verin. Hazırda üstümüzdə olan 45 min manatı zərərçəkmişə təqdim edirik. İmkanımız budur. Bizim bundan sonra 65 min manat düzəltmək imkanımız var".
Zərərçəkmiş isə yenə həmin məbləğlə razılaşmayıb: "128 min manatımı versin, əgər vermirsə hökm oxunsun".
Hakim bildirib ki, məhkəmə M.Əhmədovun çıxışını son söz kimi qəbul edib. Məhkəmə M.Əhmədova yanvarın 30-na qədər vaxt verib. ("Report"