1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Italiya Kubokunda daha bir yarımfinalçı - VİDEO
İtaliya Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, "Yuventus" klubudur. "Qoca Sinyora" 1/4 finalda "Milan"ı mübarizədən kənarlaşdırıb. Hesabı 10-cu dəqiqədə Paulo Dibala açıb. 21-ci dəqiqədə Miralem Pyaniç fərqi artırıb. "Qırmızı-qaralar" buna 53-cü dəqiqədə Karlos Bakkanın qolu ilə cavab versələr də, 1 dəqiqə sonra Manuel Lokatellinin qovulmasından sonra azlıqda qalıblar. Qalan müddətdə qol vurulmayıb və "Yuventus" 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.
Yarımfinalda rəqib "Fiorentina"nı 1:0 hesabı ilə yenən "Napoli" olacaq.
Daha 2 yarımfinalçı gələn həftə müəyyənləşəcək. Son 1/4 final qarşılaşmalarında "İnter" "Latsio" ilə, "Roma" isə "Çezena" ilə görüşəcək. Oyunlar dekabrın 31-də və yanvarın 1-də keçiriləcək.