Azərbaycan millisinin futbolçusu Elnur Allahverdiyev yığmanın Özbəkistanla oyunu öncəsi KİV nümayəndələri üçün açıq məşq zamanı jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az Abdullayevin musahibəsini sizlərə təqdim edir:
- Klubda məşqlərdən sonra millimiyə qoşulmaz yorğunlu yaradır? Ümumiyyətlə, belə toplanışlar sizə nə verir?
- Baxmayaraq ki, 3 gündən sonra Premyer Liqada III turununoyunu olacaq, bizim üçün heç bir problem yoxdu. Millidə belə toplanışlar futbolçular arasında mehribançılıq yaradır. Daha çox təcrübə toplayırıq. Bu qarşıdakı oyunlarda bəhrəsini verəcək.
- Əvvəllər sizi daha çılğın görürdük. Ancaq bu gün həvəssiz görünürsünüz. Bunun səbəbi komandanız da ehtiyyatda qalmaqdır?
- Deməzdim sırf bununla bağlıdır. Düzdür, hardasa onun da təsiri var. Adama pis təsir edir. Buna baxmayaraq əhval-ruhiyyəmi pozmuram. Yenidən əsas heyətə dönəcəyimə inanıram.
- "Xəzər Lənkəran”da Mirça Redniklə, "Qəbələ”də isə Muntyanu ilə problem yaşayırsınız. Rumıniyalı məşqçilərlə yola getmirsiz…
- Nnecə olacağını zaman göstərər. Çalışacağam ki, baş məşqçinin etimadını doğruldum.
- Özbəkistan millisi haqqında nə bilirsiniz? Bu komandanın sonuncu dəfə hansı oyununu izləmisiniz?
- Özbəkistan Asiyada uğurla çıxış edir. Şəxsən onların oyunu mənim xoşuma gəlir. Ola bilər ki, kağız üzərində biz favorit göstərilək. Ancaq bütün rəqiblərə hörmətlə yanaşırıq və bu oyuna ciddi hazırlaşırıq. Ancaq millimizlə keçirdikləri oyundan sonra onların matçlarına baxmamışam.
- Bu oyunda nəticə sizə önəmlidir?
- Yoldaşlıq oyunu olmasına baxmayaraq, mənim üçün nəticə önəmlidir.