
"Hava çox isti idi. Ona görə də ilk hissənin sonunda komanda müdafiədə oturdu. Yarımmüdafiədə səhvlərə yol verdik. Topa nəzarət etmək çətin idi. Asiya oyunlarına tam hazır olduğumuzu artıq söyləyə bilərik”. Sportnet.az-ın məlumatına görə, bunu Özbəkistan millisinin baş məşqçisi Mircəlal Qasımov deyib.
O, azərbaycanlı futbolçuların texnikalı olması ilə bağlı oyundan öncə dediyi fikirində qaldığını bildirib: "Yenə düşünürəm ki, azərbaycanlılar texniki cəhətdən çox güclüdür. Bu yoldaşlıq oyununda ola bilər ki, texnika nümayiş etdirmək mümkün olmasın. Biz başqa ölkədə oynadığımızı hiss etmədik. Çünki bizi azarkeşlərimiz yaxşı dəstəklədi”.
"FİFA-nın təqviminə aid olmadığı üçün legionerləri bura gətirmədik. Oyundan öncə saytlarımızdan birində tənqid olunmağım təbiidir. Heç kəs ikinci heyəti görmək istəmir. Bunu təbii qarşılamaq lazımdır”.
O, Nazim Süleymanovla "Alaniya”da oynadığı vaxtları xatırlayıb: "Nazim çox ağıllı, texnikalı oyunçu idi. Sevinirəm ki, onunla bir vaxtda oynamışam. Sizdə texnikalı futbolçular indi də var. Amma Nazim meydanda daha incə çıxış edən futbolçu idi. (apasport.az)