"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin Sportnet.az-a müsahibəsi
- Azərbaycan Kubokunun finalında qalib gəldiniz və "Neftçi” bu mövsüm də titulsuz qalmadı...
- Çox gərgin oyun alındı. Gördünüz ki, 120 dəqiqədən sonra penaltilər seriyası oldu. Maraqlı oyun idi. Digər tərəfdən, təcrübə qalib gəldi. "Neftçi”nin bu gün meydanda olan ustalığı "Qəbələ” dən yüksək idi. Eyni zamanda düzgün taktika seçmişdik.
- Premyer Liqanın son çempionu cari mövsüm zəif təsir bağışladı. Sizcə, buna səbəb nə idi?
- İstənilən halda, "Neftçi” bu mövsümü də titiulsuz qalmadı. Siz fikirləşin, 3 ildir ki, biz kubokun finalına vəsiqə qazanırıq. Bunlardan ikisində qalib olduq.
- Sizcə, Böyükağa Hacıyev avrokuboklarda yenidən tarix yazacaq?
- Mənim futbolda demədiyim sözlər qalıb, çalışacağam ki, onları deyim.
- "Neftçi”dən ayrılacağınız deyilir. Sizin bu barədə fikriniz necədir?
- Bu, yaxın günlərdə bilinəcək. Klub prezidenti ilə görüşdən sonra hər şeyə aydınlıq gələcək.
- Oyunun paytaxtda keçirilməsinə baxmayaraq, "Qəbələ" təşkilatçılıq cəhətdən də daha üstün idi. Amma bu matçda "Neftçi" azarkeşləri çox az idi. Sizcə, bu nə ilə bağlıdır?
- Bu gün bizi əsl sevənlər burda idi. Yadınızdan çıxmasın, futbolda əvvəlcədən nə qədər yaxşı hazırlaşsanız da, hər şey meydanda həll olunur. Açığını deyim ki, "Neftçi” ustalıq səviyyəsinə görə "Qəbələ” dən yüksək komandadır. "Qəbələ” nin əzmkarlığı vardı, gördünüz ki, hesabda irəlidə idik, sonradan 1 top buraxdıq. Buna baxmayaraq, 2 əlavə 15 dəqiqəlik hissə oynanıldı və penaltilər vurulanda o ustalıq özünü göstərdi.
- Bəlkə də, birinci penalti sizə daha çox kömək oldu. Hansı ki, Marat İzmaylov bu şansdan yararlana bilmədi...
- "Neftçi” də bir sıra oyunçular var ki, onların kifayət qədər
təcrübəlidir. O cümlədən də qapıçımız Saşa Stamenkoviç. Ötən mövsüm qrup
mərhələsində, o, Avropadan belə fırlanıb. Baxın, 3 ildir ki, Neftçi Azərbaycan Kubokunun
finalına çıxır, biz tarix yazmışıq. 3 il dayanmadan və ikisində buna sahib
çıxıb. Yəqin ki, keçirilən oyunlara görədir ki, Saşa bu dəfə çətinlik çəkmədi. Saşa
keçən kubokda anti - qəhrəman olmuşdursa, bu kubokda qəhrəman oldu.