
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Neftçi" və "Kəpəz" komandaları arasında keçiriləcək oyuna qədər "Bakcell Arena"da aparılan işlər bəhrəsini verib.
Sportnet.az-ın məlumatına görə,qardan tamamilə təmizlən qazon matç üçün hazır vəziyyətə gətirilib.
Lakin soyuq hava azarkeş sayına ciddi təsir edib. Yalnız hər iki komandanın fan-klublarının üzvləri tribunada yer alıblar. Digər yerlər isə böyük ölçüdə boşdur.