Serbiya "Partizan"ının baş məşqçisi Marko Nikoliç "Neftçi" ilə Avropa Liqasının ilk "pley-off" matçını şərh edib. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri görüşün əvvəllərində komandasının inanılmaz dərəcədə pis oynadığını bildirib.
Nikoliç məhz bunun nəticəsində "Neftçi"nin 2 asan qol vurduğunu söyləyib. Amma onun fikrincə, sonradan hər şey öz yerini tutub: "Bu nəticə bizə mərhələ keçmək üçün böyük ümid verir və iki komandanın güc nisbətini göstərir. İki səhv buraxdıq və yenə evdə ilk 20 dəqiqə ərzində anlaşılmaz oyun sərgilədik. Görünür, bəzi insanlar üçün təzyiq həddən artıq idi. Sonradan hər şey bizim tərəfdə idi. Bu, hələ hədəfimizin bir hissəsidir. Burada qalib gəldik və cavab görüşündə Avropa Liqasının qrup mərhələsinə düşmək üçün əlverişli imkan qazandıq".
Qeyd edək ki, cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Neftçi"yə qrup mərhələsinə düşmək üçün minimal hesablı qələbə də yetərlidir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |