1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Balotellinin dilini kəsəcəyəm"
Fransanın "Nitsa" klubunun futbolçusu Mario Balotelli 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Sportnet.az-ın məlumatına görə, buna 27 yaşlı hücumçunun Liqa 1-in XXVI turunda "Loryan"la oyun zamanı qırmızı vərəqə alması səbəb olub.
İtaliyalı forvard görüşün 68-ci dəqiqəsində hakimi söydüyü üçün cəzalanıb. Bu, Balotellinin cari mövsümdə üçüncü qırmızı vərəqəsi olub. İntizam Komitəsinin qərarına əsasən, o, qarşıdakı oyunu buraxmalı olacaq. Balotelli yenidən qovulsa, şərti cəzası da işə düşəcək və qalmaqallı futbolçu avtomatik olaraq, daha 2 matçı buraxacaq.
Agenti Mino Rayola isə yenidən qovulacağı halda, "Super Mario"nun dilini kəsəcəyini açıqlayıb: "Mən qərarımı vermişəm. Sadəcə, onun dilini kəsəcəyəm. Bu halda Mario özünə heç cür haqq qazandıra bilməyəcək. Ciddiyyətə qalsa, o, böyük səhvə yol verdiyini anlayır və deməyə sözü yoxdur".
Qeyd edək ki, Mario Balotelli "Nitsa"ya 2016-cı ilin yayında keçib. Bu mövsüm forvard 14 oyuna 9 qol vurub.