1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter" həm çətin, həm də maraqlı rəqibdir"
"Komandada, futbolçularda gərginlik halları olur. Amma biz belə hallarla üzləşmişik. Çalışmışıq ki, psixoloji durumu qısa müddətdə qaydasına salaq. Baxmayaraq ki, problemlərimiz var, xeyli sayda oyunçumuz matça hazır deyil".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XX turunda "İnter"lə evdə keçirəcəkləri oyun barədə danışarkən deyib.
45 yaşlı mütəxəssis bildirib ki, "İnter"ə qarşı oynamaq həm çətin, həm də maraqlıdır: "Başda mən olmaqla, necə mübarizə aparmaq üzərində düşünmək, futbolçularla dialoq aparmaq lazım gəlir. "İnter" fərqli sistemdə oynayan rəqibdir. Ona görə də yaxşı oyun quraraq, maksimum nəticə üçün meydana çıxmağa çalışacağıq".
"Qarabağ" bu mövsüm "İnter"lə görüşlərdən birində məğlub olubsa, digərində heç-heçə edib. Qurbanov qarşıdakı matçda rəqibin yeni oyun üslubuna hazır olmalarının vacibliyini vurğulayıb: "Futbol elə oyundur ki, qalib gəldikdə belə çatışmayan cəhətlər olur. Bəzən bunu aradan qaldıra bilirik, bəzən alınmır. Amma aydan-aya, ildən-ilə komanda öz oyun üslubunda dəyişiklik edir. Biz əvvəlki oyunlardakı çatışmazqlıqları düşünsək, "İnter" yeni oyun üslubu ortaya qoya bilər. Biz də məhz buna hazır olmalıyıq. Bir neçə variantımız var. Rəqibin qış fasiləsindən sonrakı oyunlarını analiz etmişik".