"Dəfələrlə demişəm ki, biz həmişə cəbhədəki əsgərlərimizin yanındayıq. Həmişə hər birimiz qarşımızdakı vəzifəni yerinə yetirməyə çalışmışıq. Onlar hamımızdan artıq, ağır yükün altındadırlar".
Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
45 yaşlı mütəxəssis bildirib ki, cəbhədəki əsgərlərimizə dəstək olmağa hər zaman hazırdırlar: "Onların yanlarında nadir hallarda ola bilərik. Bizim dəstəyimiz "Qarabağ" komandasını daha yaxşı səviyyəyə çatdırmaq, ölkə xaricindəki az da olsa, kiçik uğurlarımızla onlara kömək olmaq, daim onların yanında olmaqdır. Hər hansı problem, Müdafiə Nazirliyi tərəfindən razılıq olsa, onların yanına getməyə həmişə hazırıq. Yəqin ki, bunu edəcəyik".