1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Braziliyalı legionerlərin pis vərdişi
Azərbaycan Premyer Liqasının XX turunun "Kəpəz" - "Qəbələ" oyununda (1:1) qeydə alınan avtoqol cari mövsümdə 5-ci olub. Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin heyətində Renan Silva 54-cü dəqiqədə öz qapısına qol vurub.
Maraqlıdır ki, cari mövsümün bütün avtoqollarına braziliyalı futbolçular imza atıb. "Neftçi”nin müdafiəçisi Jairo Rodriges "Qarabağ”la iki, "Qəbələ” ilə bir oyunda qapıları səhv salmaqla ümumilikdə 3 dəfə avtoqol müəllifi olub. Daha bir dəfə isə "İnter"in braziliyalı müdafiəçisi Denis Silva "fərlqənib". O, bunu XIX turda "Zirə ilə ev oyunda reallaşdırıb. Göründüyü kimi, yenə Silva soyadlı braziliyalı müdafiəçi komandasını pis vəziyyətdə qoyub.
Əvvəlki çempionatlarda "sambaçılar”ın daha 7 avtoqola imza atdığını nəzərə alsaq, bu ölkədən olan legionerlər 12 dəfə topu öz qapılarından keçirib. Renanın çempionatımızda debüt mövsümünü keçirdiyini nəzərə alsaq, ilk dəfədir avtoqol edir. Denis əvvəlki 7 avtoqoldan birinin müəllifi olaraq 2010-cu il dekabrın 11-də "Neftçi”nin heyətində çıxış edərkən "Bakı” ilə görüşdə öz qapısına qol vurub. O, 1-dən çox avtoqol edən 21-ci futbolçudur. Onlardan 4-nün hərəyə üç, 17-nin isə hərəyə 2 belə qolu var.
Xatırladaq ki, milli çempionatımızımın 25 illik tarixində 162 avtoqol qeydə alınıb.