
Avstriyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, millimiz "Simmering" (Avstriya) klubunun U-16 komandası ilə qarşılaşıb.
Görüş yığmamızın 7:0 hesablı qələbəsi ilə yekunlaşıb - 7:0. Nadir Qasımovun het-trik etdiyi oyunda Elvin İmanlı və Samir Əliyev hərəyə iki dəfə fərqlənib.