
"İnStat Football” şirkəti "İnter”in futbolçularının fiziki fəallığı haqqında məlumatları təqdim edib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Premyer Liqanın 3-cü turunun "İnter” - "Sumqayıt ” oyununda (5:1) bu komandanın futbolçuları 118,3 kilometr məsafə qət ediblər.
Bu matçda "bankirlər"in heyətində ən çox məsafə qət edən beş futbolçu ilə sizi tanış edirik:
1. Derlis Meza Kolli - 12160 m.
2. Arif Daşdəmirov - 11530 m.
3. Mikel Alvaro - 11380 m.
4. Məhəmməd Mirzəbəyov - 11278 m.
5. Abdulla Abatsiyev - 10919 m.