
"Qəbələ" klubunun sabiq baş məşqçisi Toni Adams karyerasını İspaniyanın "Qranada" komandasında davam etdirəcək.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İngiltərə "Arsenal"ının əfsanəvi müdafiəçisi ilə mövsümün sonunadək müqavilə bağlanılıb. 50 yaşlı mütəxəssis uğursuz nəticələri ilə əlaqədar istefaya göndərilmiş Lukas Alkarası əvəzləyib. La Liqada 31 turdan sonra "Qranada" 20 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Toni Adams "Arsenal"ın heyətində 4 dəfə İngiltərə çempionu, 3 dəfə ölkə kubokunun və Superkubokun qalibi, 2 dəfə Liqa Kubokunun və Kuboklar Kubokunun sahibi olub. O, baş məşqçi kimi "Qəbələ"dən əlavə, vətənində "Uikomb" və "Portsmut"da da çalışıb.