1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Əlincə Arena" və Lənkərandan Ramin Musayevə "dəf kimi" cavab
Futbol üzrə Azərbaycan Kubokunun final matçının Naxçıvanda keçirilməsinə dair qərar birmənalı qarşılanmayıb.
Yolun uzaqlığı ilə əlaqədar səfər xərclərinin çox olması "Qarabağ" və "Qəbələ" klublarının azarkeşlərini bəyanat yaymağa vadar edib. Etirazlara baxmayaraq, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qərarın dəyişməyəcəyini açıqlayıb. O, final matçını Bakıdakı stadionların IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar boş olmayacağını deyib. Musayev Lənkəran şəhər stadionunun ot örtüyünün isə yararsız vəziyyətdə olduğunu vurğulayıb.
Amma Sportnet.az-ın kiçik araşdırması nəticəsində məlum olub ki, Bakının Masazır qəsəbəsindəki "Əlincə Arena" Oyunlar vaxtı istifadədə olmayacaq. Üstəlik, stadionun tutumu və şəraiti də final matçını keçirməyə tam imkan verir. Bunu 2016-cı il mayın 5-də PFL prezidentinin özü verdiyi açıqlamasında etiraf edib.
"Əlincə Arena"nın idman direktoru Ceyhun Abbasov Sportnet.az-a açıqlamasında bildirib ki, stadionun vəziyyəti, ot örtüyü tam ideal səviyyədədir: "Bundan əvvəl də "Əlincə Arena" aşağı yaş qrupları üzrə milli komandaların, ölkə kubokunun, Premyer Liqa oyunlarını qəbul edib. Öz oyunlarını stadionumuzda keçirən komandalar da yaradılan şəraitdən razılıqlarını bildiriblər. Final oyununu da qəbul etmək üçün də eyni şəraiti yarada bilərik. "Əlincə Arena" həm tamaşaçı tutumu, həm də ot örtüyünün vəziyyəti baxımından bu cür oyunların keçirilməsinə tam hazırdır.
"Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğu isə Musayevin açıqlamasına cavab olaraq, fikirlərini şəxsi "facebook” səhifəsində bölüşüb. O, Lənkəran şəhər stadionunun hazır vəziyyətdə olduğunu yazıb: "Sabah Lənkəran stadionunun qazonunu çəkib bura qoyacağam. Ramin Musayevə deyin ki, 6 ildir gələ və ya girə bilmədiyi Lənkəran stadionu, lənkəranlılar demiş, "dəf" kimidir...”
Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı mayın 5-də "Qarabağ" və "Qəbələ" komandaları arasında keçiriləcək. Naxçıvan şəhər stadionu 12 800, "Əlincə Arena" 13 000, Lənkəran şəhər stadionu isə 15 000 tamaşaçı tutumuna malikdir.