Manuel
Almuniyanın "Kalyari”yə keçidi alınmayıb. Sportnet.az-ın məlumatına görə, tibbi
müayinə zamanı ispaniyalı qapıçının ürəyində problem aşkarlanıb.
Son iki
mövsümü "Uotford” klubunda keçirən 37 yaşlı qapıçı növbəti mövsümdən İtaliya
klubunun qapısını qorumalı idi. Lakin tibbi müayinə zamanı ürəyində problem
aşkarlanan qapıçının bu istəyi alınmayıb.
Qeyd edək ki, karyerasının böyük hissəsini "Liverpul” klubunda keçirən ispaniyalı bir neçə mövsüm ehtiyatda qalıb.