Futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, İspaniya paytaxtında "Real Madrid"lə "Atletiko" komandaları üz-üzə gəlib.
"Santyaqo Bernabeu" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hər 3 qolu Kriştianu Ronaldu vurub. Beləliklə, Ronaldu ÇL-in "pley-off" mərhələlərində 50 qol həddini keçən (52 qol) ilk futbolçu olub.
Beləliklə, bu komandalar arasında ardıcıl 4-cü mövsüm Çempionlar Liqasında baş tutan qarşılaşmada "kral klubu" meydanı qələbə ilə tərk edib. "Real Madrid"lə "Atletiko" bunadək 2013-2014 və 2015-2016 mövsümlərində ÇL-in finalında, 2014-2015 mövsümündə isə 1/4 finalda üz-üzə gəliblər. Hər üç halda "Real Madrid" qələbəyə nail olub. Bu qollardan 13-nü o, yarımfinalda vurub və bu göstəricidə əfsanəvi Alfredo Di Stefanonu 2 top geridə qoyub.
Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyun
22:45. "Real Madrid" (İspaniya) - "Atletiko" (İspaniya) - 2:0
Qollar: Kriştianu Ronaldu, 10; 73; 86
Baş hakim: Martin Atkinson (İngiltərə)
"Santyaqo Bernabeu" stadionu
Qeyd edək ki, cavab görüşü mayın 10-da olacaq. Digər yarımfinal görüşü bu gün Fransa "Monako"su ilə İtaliya "Yuventus"u arasında keçiriləcək.