Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın Türkiyənin "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılmasının səbəbi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə futbol yazarı Süha Gürsoy futbolarena.com saytına açıqlama verib.
O, bildirib ki, 29 yaşlı hücumçu əmək haqqını ala bilmədiyi üçün klubu FİFA-ya şikayət etməklə təhdid etdiyinə görə heyətdən kənar qalıb.
Qeyd edək ki, Deniz Yılmaz Adnan Örnekin müraciəti əsasında heyətdən uzaqlaşdırılıb. O, "Çaykur Rizespor"la Türkiyə Super Liqası matçına aparılmayıb. Səbəb kimi təcrübəli forvardın nizam-intizamı pozması göstərilib.