Bakıda keçirilən lV İslam Həmrəyli Oyunlarında futbol üzrə qrup mərhələsinin II turuna yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son matçda 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb.
Matç Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Turnirdə qazandığı ilk qələbə sayəsində xalını 4-ə çatdıran yığma vurulan qollardakı say üstünlüyünə görə 1-i pilləyə yüksəlib.
Qeyd edək ki, A qrupunun digər matçında Kamerun və Mərakeş komandaları heç-heçə ediblər - 1:1.
Bu nəticələrdən sonra Azərbaycanla eyni xala malik Mərakeş yığması 2-ci pillədə yer alıb. Kamerun 2 xalla 3-cü pillədə qərarlaşdığı halda, keçirdiyi hər iki oyunda uduzan Səudiyyə Ərəbistanı qrupdan çıxmaq şansını itirib.
Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv sonuncu turda Mərakeşlə üz-üzə gələcək. Oyun mayın 15-də baş tutacaq.
11 may (cümə axşamı)
Futbol
Qrup mərhələsi, II tur
A qrupu
Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0
Qol: Elşən Abdullayev, 66. Ağabala Ramazanov, 80
"Bayıl Arena
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |