1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ağabala Ramazanov: "Neçə vaxtdır sakitəm"
Azərbaycan milli komandasının futbolçusu Ağabala Ramazanov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Səudiyyə Ərəbistanı üzərində 2:0 hesablı qələbə qazandıqları görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Komandanız bu gün çox aqressiv görsənirdi. Qələbə qazanmaq istəyirdiniz, yoxsa oyundan öncə açıqlanan mükafatın məbləği sizi həyəcanlaşdırmışdı?
- Mükafatlar? Vallah, bu barədə sizdən eşidirəm. Bəlkə də uşaqların xəbəri var idi, amma mənim yox. Məncə, aqressiya sırf qələbəyə görə idi. Oyundan əvvəl fikrimizdə yalnız 3 xal idi. Çünki qrupdakı rəqiblərlə xallarımız bir-birinə çox yaxın idi.
- Çoxları səni dəlisov hesab etsə də, bu gün meydanda ən sakit oyunçulardan biri idin. Səbəb nə idi?
- Çalışırdım ki, söz-söhbət olmasın. Çünki elə oyun idi ki, birimiz azlıqda qalsaydıq, komanda çox çətinlik çəkəcəkdi. Ona görə də bacardığım qədər uşaqları sakitləşdirməyə çalışdım. Özüm də neçə vaxtdır sakitəm, vərəqə almıram. Bu gün də adi vəziyyətdə mənə "sarı" göstərdilər.
- İlk oyundan fərqli olaraq, komanda bu gün daha inamlı görünürdü. Bu gün istədiklərinizi edə bildinizmi?
- İlk yarıda deməzdim. Çünki küləyə qarşı oynayırdıq. İkinci hissədə isə hesab 4:0 ola bilərdi. Amma 2:0 da bizə bəs edirdi.
- Mərakeşlə son tur oyununda komandanıza bir xal da kifayət edə bilər...
- Amma biz 1 xalı düşünmürük. Çünki bu halda 3 komandanın xalı eyniləşə və bu da bizə problem yarada bilər. Yalnız qələbə haqda fikirləşirik.