1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz yarımfinalda
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda A qrupunda 3-cü tur matçında Mərakeş yığması ilə qolsuz heç-heçə edib. Qrupun digər oyununda Kamerun Səudiyyə Ərəbistanını darmadağın edib - 3:0. Bu nəticələrdən sonra Kamerun, Azərbaycan və Mərakeş hərəyə 5 xalla ilk 3 pillədə qərarlaşıblar. Lakin daha yaxşı top fərqi səbəbindən Kamerun 1-ci, Azərbaycan 2-ci pillənin sahibi kimi növbəti mərhələyə yüksəlib. Mərakeş isə 1 xala malik Səudiyyə Ərəbistanı ilə birgə qrupda qalıb.
Qeyd edək ki, Azərbaycan yığması yarımfinalda B qrupunu qalibi Əlcəzair millisi ilə qarşılaşacaq. Kamerun isə Omana rəqib olub. Hər iki oyun mayın 18-də "Dalğa Arena"da keçiriləcək. Azərbaycan - Əlcəzair matçı saat 12:30-da, Kamerun - Oman görüşü isə saat 18:30-da başlanacaq.