
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avstriyada keçirəcəkləri təlim-məşq toplanışı ilə bağlı fikirlərini bölüşüb. Sportnet.az həmin müsahibəni təqdim edir.
- Millimizin Bakı toplanışı barədə nə deyə bilərsiz?
- Hələlik, tam heyətlə hazırlaşa bilmirik. Hazırlığın ilk günlərindən razıyam. Komanda həvəslə məşq edir. Amma hazırlığın əsas mərhələsi Avstriyada baş tutacaq. Oraya artıq tam heyətlə yollanacağıq.
- Millimiz orada iki yoxlama oyunu keçirməlidi, amma hələ rəqib tapa bilməmisiz...
- Bəli, iki yoxlama oyunu keçirmək istəyirik. Ümid həmişə var. Bu məsələni ən azından orada yerindəcə yoluna qoymağa çalışacağıq.
- Heç kim millimizlə oynamaq istəmir, yoxsa sizin oynamaq istədiyiniz komanda yoxdur?
- Hər komanda ilə qarşılaşmaq istəmirik. Oynamaq istədiyimiz komandalar da Avstriyada olmayacaq. Bu il oraya az komanda gələcək.
- Rəşad Sadıqovun zədəsi nə dərəcədə ciddidir?
- Deyə bilmərəm. Ümid edirəm ki, o da Avstriyada ümumi kollektivlə məşq edə biləcək.
- Çempionatımız çox erkən bitdi. Bəzi oyunçular İslamiadada çıxış edir, bəziləri yenicə məşqlərə başlayır. Bu, Şimali İrlandiya ilə seçmə mərhələ oyunu öncəsi problem yarada bilər?
- Bəs sizin yetirmələriniz niyə Əlcəzairlə oyunu izləməyə gəlməyib?
- Planlarımızı korlamaq istəmədim. Onlar oyunu televizordan izləyirlər. 17:00-da isə məşqimiz var. Qoy istirahət etsinlər. (futbolinfo.az)