
"Qarabağ"ın
özünün və adının Avropa Liqasında yer alması Azərbaycan adına ciddi uğurdur”. Sportnet.az-ın məlumatına görə, bu sözləri Milli
Məclisin deputatı Fazil Mustafa öz Facebook səhifəsində təbrik statusunda qeyd
edib.
Fazil Mustafa
"Qarabağ”ın Avropa Liqasında göstərdiyi zəfərə həsr etdiyi statusunda
"Neftçi”nin çıxışına da toxunub: Mən futbolda yaxşı oyundan daha çox,
nizam-intizam və tərbiyəyə ciddi əhəmiyyət verirəm. "Neftçi"də
tərbiyəvi iş yetərli səviyyədə olsaydı, turu keçə bilərdi.
Hətta uduzanda
daha çox rəqibə qarşı tərbiyəli davranmalısan.
"Qarabağ"
futbolçularının alicənablığını və intizamlı davranışını xüsusilə qeyd
etməliyəm. Məhz bu amil fədakar oynayan komandanın güclü
bir Hollandiya komandasınının Avropa Liqasına gedən yolunu kəsdi.
Bir şeyi də qeyd
edim ki, kimlərsə bir neçə gün öncə bir şəxsin stadionda namaz qılmasını bəhanə
edərək belə bir informasiya yayırdı ki. "Qarabağ"ı
vəhabilər dəstəkləyir. Sadəcə
bu utanmazlar bir azərbaycanlı məşqçinin illərdir sabit uğurunu, insanlarımıza
gətirdiyi sevinc anlarını kölgələmək üçün belə ucuz, sifarişli variantlardan
istifadə edirlər. Kimsə stadionda araq içəcək, dərhal
yazacaqsınız ki, filan komandanı alkoqoliklər dəstəkləyir?
Bu qədər paxıllıq
duyğusu daşımaq doğru deyil. Komandada kimlərsə inanclı
insanlardır deyə, dərhal yarlıqlar qoşaraq həvəsdən salmaq yanlış
hərəkətlərdir. Əminəm ki, qrup mərhələsindəki fədakar oyunu ilə
"Qarabağ" bir çoxlarını utandıracaq.
Kaş ki, oyunlarını
da Qarabağda keçirib, o bölgənin insanlarının da xoş ovqat qazanmasına töfhə
verərdi.
Komandanın sponsorlarını, Qurban Qurbanov başda olmaqla məşqçi heyətini, bütün futbolçularını təbrik edirəm.