1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İbrahimoviçin siftəsi
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Zlatan İbrahimoviç karyerasında ilk dəfə mövsümün yekununda Avropa kuboku qazanıb. Sportnet.az-ın məlumatına görə, isveçli hücumçunun komandası Avropa Liqasına sahib olub.
Lakin İbrahimoviç Hollandiya "Ayaks"ı ilə final görüşünü zədə üzündən buraxmalı olub. Görüş isə "qırmızı şeytanlar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. 36 yaşlı forvard bu mövsüm Avroliqada 11 oyuna 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Əvvəllər İbrahimoviç 2009-cu ildə İspaniya "Barselona"sının heyətində UEFA Super Kubokunu qazanıb. Lakin bu, yalnız bir oyundan ibarətdir. Təcrübəli forvard dünənki oyunadək nə Çempionlar Liqası, nə də Avropa Liqasını əldə etmişdi.
Qeyd edək ki, "Mançester Yunayted" də tarixində ilk dəfə Avropa Liqasının qalibi olub.