
FIFA-nın müvafiq komitəsi AFFA-nın "Qarabağ"da çıxış edən futbolçu Riçard Almeydanın milli komandada oynamaqla bağlı müraciətinə baxıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məsələnin həlli mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verilib.
AFFA rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb.