Qazax rayonunda "Göyəzən" futbol klubunun oyunçusu infarkt keçirərək ölüb.
Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Xanlıqlar kənd sakini, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlu yaşadığı evdə infakt keçirib. O, xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Sportinfo.az isə yazır ki, Sarıyev Qazaxda dəvət aldığı məclislərin birində infarkt keçirib. Çay içdiyi yerdə qəfildən onun halı pisləşib və yerə yıxılıb.
Yaxınlıqdakılar ilkin tibbi yardım göstərməyə çalışsa da, onu ölümün pəncəsindən almaq mümkün olmayıb.
Allah rəhmət eləsin!








































































