
"Neftçi”
klubunda fiziki hazırlıq üzrə məşqçi təyinatı olub. Sportnet.az-ın klubun rəsmi saytına
istinadən məlumatına görə, bu rumıniyalı mütəxəssis George Karmel
Barbuleskudur.
45 yaşlı məşqçi buna qədər Rumıniyanın "Rapid”, "Astra”, və "Vasluy” kimi klublarında çalışıb. Karmel Barbulesku komandanın bu gün keçiriləcək məşqində komanda üzvlərinə təqdim olunacaq.