
"Yeni baş məşqçimizin adını gələn həftə açıqlayacağıq. Bu haqda yekun açıqlama müqavilə imzalandıqdan sonra veriləcək. Robert Prosineçki ilə danışıqlarımız davam edir. Onun hazırda Azərbaycan millisi ilə müqaviləsi var”.
Sportnet.az-ın məlumatına görə, bunu Türkiyənin "Bursaspor” klubunun prezidenti Ali Ay jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xorvatiyalı mütəxəssislə razılıq əldə ediblər: "70-80 faiz yeni baş məşqçimiz Prosineçki olacaq. Amma müqavilə bağlamadan bu məsələ qəti şəkildə həllini tapıb deyə bilmərik. Odur ki, onunla bağlı son anda problem çıxar deyə başqa namizədimiz də var”.
Ay komandaya 6-7 oyunçunun transfer olunacağını da vurğulayıb.