21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Polşanın Krakov şəhərində təşkil olunmuş həlledici qarşılaşmada Almaniya və İspaniya yığmaları üz-üzə gəlib.
Görüş Bundestimin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 40-cı dəqiqədə Mitçell-Elii Vayzer vurub.
Bununla da Almaniya millisi tarixində ikinci dəfə Avropa çempionu olub. İlk dəfə bu titul 2009-cu ildə qazanılıb.











































































