"Oyun barədə çox danımaq istəmirəm. Düşündüyüm nəticə qeydə alınmadı". Sportnet.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının IV turunda "Bakı" ilə heç-heçə (2:2) edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov söyləyib.
42 yaşlı mütəxəsis oyun haqda belə bunları deyib: "Xalsız qalmaqdansa 1 xal daha yaxşıdır. "Bakı"nı təbrik edirəm. Onlar qalib gəlsəydilər, daha ürəkdən təbrik edəcəkdim. Bu vəziyyətdə mübarizə aparan komandaya təbrik düşür. Bu gün 3 qol vursaydıq, bəlkə də 4 top buraxacaqdıq. Bu gün belə bir gün idi. Bəzi futbolçuların ürəyində nə olduğunu bilmirəm. Üzərlərinə çox getmək istəmirəm. Yol yorğunçuluğunu nəzərə almaq lazımdır. Buna baxmayaraq yetirmələrimə öz narazıçılığımı bildirdim. Çünki, biz vacib iki xal itirdik. Milliyə görə bir yerdə ola bilməyəcəyik. Bu da müəyyən problemlər yaradacaq. Bu futboldur, qarşıdakı oyunlara baxmalıyıq, çempionata köklənməliyik. Nəticəyə görə yox, bəzi oyunçuların xarakterinə görə narahatam".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |