1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
“Qəbələ”nin oyunu almanlara tapşırıldı
"Qəbələ” komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi ilə "Yagelloniya” (Polşa) - "Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi arasında iyulun 13-də baş tutacaq qarşılaşma almaniyalı hakimlər briqadasına həvalə olunub.
Matçın baş hakimi FİFA referisi Marko Fritsdir. Ona Holger Henşel və Marsel Pelqrim kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Qvido Uinkmann yerinə yetirəcək.
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyununda "Dinamo” evdə "Yagelloniya”a 0:1 hesabı ilə uduzub. Püşkə əsasən "Qəbələ” ilk matçını evdə keçirəcək. (Report)