Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "İnter” – "Mladost” oyunu üçün bilet satışı davam edir.
Sportnet.az xəbər verir ki, biletləri saat 09.00-dan 18.00-dək "İnter Arena” və "Dalğa Arena” stadionlarının təhlükəsizlik yoxlanışı məntəqələrinə yaxınlaşaraq əldə etmək olar.
Paytaxt klubu bilet satışı üçün vahid qiymət tətbiq edir - 2 manat.
Qeyd edək ki, "İnter” rəqibini Serbiyada baş tutan oyunda 3:0 hesabı ilə məğlub edib. İyulun 6-da "Dalğa Arena”da keçiriləcək cavab qarşılaşması saat 21:00-da başlayacaq.










































































