Futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinə yüksələn ilk 2 klubun adları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bunlar Macarıstan "Videoton"u və Lüksemburq "Proqres"idir.
"Videoton" I təsnifat mərhələsinin cavab görüşündə Maltada "Baltsan"la məhsuldar heç-heçə edib və ilk görüşdən qalib ayrıldığı üçün mərhələ adlayıb. "Proqres" isə Şotlandiya "Reyncers"ini yenərək, 2 oyunun cəmində üstələyib. Növbəti mərhələyə yüksələcək qalan 48 komandanın adı iyulun 6-da müəyyənləşəcək.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab görüşləri
"Baltsan" (Malta) - "Videoton" (Macarıstan) - 3:3
İlk oyun - 0:2
"Proqres" (Lüksemburq) - "Reyncers" (Şotlandiya) - 2:0
İlk oyun - 0:1











































































