Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda "İnter”in qonağı olacaq Serbiya "Mladost”unun futbolçusu Yanko Tumbaşeviç oyunöncəsi mətbuat konfransında iştirak edib.
Sportnet.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi onları çətin oyunun gözlədiyini deyib: "İnter”in böyük üstünlüyü var. İlk oyunda yaxşı hesabla qalib gəliblər. Lakin ağ bayraq qaldırmamışıq. Bura məğlub olmaq üçün gəlməmişik. Sabah qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, iyunun 6-da "Dalğa Arena"da keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq. İlk görüşdə "İnter" 3:0 hesabı ilə qalib gəlib.










































































