1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Avstriyadan qələbə ilə dönür
Avstriyanın Zalsburq şəhərində təlim-məşq toplanışında olan "Qəbələ” komandası 2017/2018 mövsümünə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib Hollandiya "Utrext”i olub.
Baş məşqçi Roman Qriqorçuk start heyətində Dmitri Bezotosnı, Qismət Alıyev, Rasim Ramaldanov, Vojislav Stankoviç, Ürfan Abbasov, Endi Hallidey, Elvin Camalov, Xavi Ernandes, Filip Ozobiç, Cavid Hüseynov və Famussa Koneyə yer verib.
Oyun qarşılıqlı hücumlarla başlasa da, "Qəbələ” üstünlüyü ələ alıb. Topa daha çox nəzarət edən "qırmızı-qaralar” fasiləyədək bu üstünlüyü qola çevirə bilməyib. Oyunun gedişində Vitali Vernidub Stankoviçi, İlqar Qurbanov Abbasovu, Asif Məmmədov Ozobiçi, Araz Abdullayev Qisməti, Roman Hüseynov Hallideyi, Aqil Məmmədov Bezotosnını, Fərid Nəbiyev Xavini əvəzləyib.
İkinci hissə də "Qəbələ"Nin üstünlüyü şəraitində keçib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Konenin 64-cü dəqiqədə vurduğu qol "qırmızı-qaralar”a 1:0 hesablı qələbə qazandırıb.
Yoxlama oyunu
8 iyul
18:00. "Qəbələ” (Azərbaycan) - "Utrext” (Hollandiya) - 1:0
Qol: Famussa Kone, 64
Qeyd edək ki, "Qəbələ" əvvəlki oyunlarında "Fulpmes” (8:0), Rusiya "Axmat”ı (0:1), Avstriya "Vakker”i (0:1), Bolqarıstan təmsilçiləri MOİK (0:2) və "Ludoqorets” (0:2), Avstriya "Qrodiq”i (7:0), Kiyev "Dinamo”su ilə (1:2) görüşüb.