"Qəbələ”yə çətin rəqib düşüb. Amma bu çətinliyə baxmayaraq komandanın növbəti mərhələyə adlayacağına inanıram”. Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ”nin sabiq oyunçusu Vurğun Hüseynov deyib. Hazırda "Sumqayıt”da kapitan sarğısı daşıyan Hüseynov dörd il "Qəbələ” forması geyinib.
29 yaşlı stoper sabiq komandasının Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacağı "Yagelloniya” ilə matçdakı şanslarını dəyərləndirib. Hüseynovun fikrincə, "Qəbələ” üçün ilk oyunun evdə olması üstünlükdür: "Necə oynamaq lazım olduğunu özləri daha yaxşı bilir. İlk görüşün evdə olması məncə, "Qəbələ” tərəfdən müsbət haldır. Rahat oynayırsan, çünki öz azarkeşlərinin qarşısında olursan. Amma evdə oynamağın mənfi tərəfi də var. Mənfi hal da orasıdır ki, evdə top buraxırsansa növbəti mərhələyə adlamaq məsələn çətinləşir.
"Qəbələ”nin heyətində yeni oyunçular var. Yeni gələn oyunçunun komandaya xeyir verməsi üçün minimum altı ay vaxt lazımdır. "Qəbələ”yə Avropa Liqasında uğurlar arzu edirəm”.