1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qriqorçuk qabağa düşdü
Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ” və Polşanın "Yagelloniya” komandaları arasında keçiriləcək ilk oyundan əvvəl baş məşqçilərin mətbuat konfranslarının vaxtı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, iyulun 12-də saat 19:15-də "Bakcell Arenanın media zalında jurnalistlərin önünə "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 20:30-da isə "Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son məşqi də "Bakcell Arena”da baş tutacaq. "Qırmızı-qaralar” saat 20:00-da, qonaqlar isə 21:00-da məşqə çıxacaq.
Qeyd edək ki, "Qəbələ" - "Yagelloniya" görüşü iyulun 13-də saat 21:00-da başlanacaq.