AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva yeni təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, K.Mehtiyeva Belarusun "Dinamo" (Brest) və Avstriyanın "Altax" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşünün UEFA nümayəndəsi olacaq.
Görüş iyulun 20-də "Brestski" stadionunda baş tutacaq.









































































