1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İmkanımız yoxdur, məcburuq Polşaya adi reyslə gedək"
"Sözsüz ki, bu, rəqibə sərf edən nəticədir və gözlənilən saymaq olar. Əvvəldən də demişdim ki, komandamız hələ tam hazır deyil. Bu, meydanda göründü. Yeni oyunlarçular komandaya tam uyğunlaşmayıblar. Hər şey növbəti oyunda həll olunacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının II təsnifat mərhələsində Bakıda Polşa "Yagelloniya"sı ilə 1:1 hesablı heç-heçə etdikləri ilk görüşdən sonra deyib. Klub rəsmisi jurnalistlərin digər suallarını da cavablandırıb...
- Yeni transferlərdən bu gün razı qaldınız?
- Tam olmasa da, bəli. Onlar hələ 100 faiz hazır deyillər. Qarşıdakı oyunlardan sonra tam dolğun söz demək olar.
- Belə görünür ki, gedənlərin yeri tam doldurulmayıb...
- İndiki məqamda belə görünməsi normaldır.
- Artıq 2-3 mövsümdür çempionat bitəndən sonra komandanızın heyəti böyük ölçüdə dəyişir. Olmazmı ki, "Qarabağ" kimi optimal heyət qurasınız?
- Bunun bizdən asılı olmayan səbəbləri var. "Qarabağ" paytaxtda məskunlaşıb, legionerlərinin uyğunlaşma prosesi rahat gedir. Biz isə əyalət komandasıyıq. Legionerlər gəlirlər, Qəbələdə bir ildən artıq qalmırlar. Həm də büdcəmiz elə də geniş deyil. Futbolçular özlərini göstərdikdən sonra daha yüksək əmək haqqı tələb edirlər. Məsələn, Nika Kvekveskiri bizdə bir mövsüm keçirdikdən sonra maaşından 3 qat artığını istədi. Ona görə də məhdud büdcə ilə futbolçu saxlamaq bizə çətindir. Həm də uyğunlaşma sarıdan problem yaşayırıq. Gedənlərin heç birinin komandadan ayrılmasını istəmirdik. Biz də komandamızın daimi heyətlə oynamasının fərqindəyik. Çünki hansı komanda sabit heyətlə çıxış edirsə, orada da nəticə olur.
- Mərhələ adlayacağınıza ümidiniz var?
- "Qəbələ”dən hər şey gözləmək olar.
- Cavab oyununda "Qəbələ”yə nə kömək ola bilər?
- Bir şeyi deyə bilərəm ki, həmişə gücümüz çatanın maksimumunu etməyə çalışmışıq. "Yagelloniya”nı keçməyə qadirik. Növbəti oyunda bunun şahidi olacağımıza inanıram.
- Səfərə 4 gün əvvəldən getməyiniz nə ilə əlaqədardır?
- Məsafə məsələsi var. Çarterlə getməyə büdcəmiz imkan vermir. Məcburuq adi reyslə gedək. 2 gün əvvəl səfərə çıxsaq, komandada yorğunçuluq olacaq.
- Düşünmürsünüzmü ki, "Qəbələ" bu rəqibi keçməsə, komandanızı bağışlamayacaqlar?
- Niyə? Yanaşmalar müxtəlifdir. Razıyam ki, "Qəbələ"dən daha çoxunu gözləyirik. Amma futbolda hər şey ola bilər. Komandanı yalnız Avroliqa üçün qurmamışıq. Dediyim kimi, daimi heyət qurmağa çalışırıq. Futbolçuların əksəriyyəti ilə 2-3 ilik müqavilələr bağışlamışıq. Mərhələ keçə bilməsək, çempionata hazırlaşacağıq.
- Mümkün uğursuzluq komandanın gələcək taleyinə təsir edə bilər?
- Xeyr. Komandanı bir turnir üçün qurmuruq. "Qəbələ"nin bəlli strategiyası var, o xətlə də gedir. Hansısa turnirdə uğursuzluq və ya uğur ola bilər. Bunlar normal haldır.
- Oyunu klubun prezidenti, sponsorları da izləyirdi. Onların fikirləri necədir?
- Oyundan sonra danışmadılar, dərhal çıxıb getdilər. Onlar da bu gün daha artığını gözləyirdilər. Təəssüf ki, qalib gələ bilmədik. Ən azı evdə qələbə qazanmalı idik.
- Nə vaxta kimi "Qəbələ” avrokubok oyunlarını doğma meydanda yox, Bakıda keçirəcək?
- Büdcəmiz normallaşana, stadionumuz tikilib qurtaranana qədər. Mən də sizin kimi ümid edir, gözləyirəm.