Avropa Liqasının II təsnifat mərhələsinin "Yagelloniya” ilə cavab oyununa hazırlaşan "Qəbələ” Polşaya yollanıb.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” ötən gün Varşavaya çatdıqdan sonra "Regent” otelində məskunlaşıb. Komanda üzvləri ilk məşqə axşam saatlarında "Drukarz” klubunun stadionunda çıxıblar. Futbolçular toplu və topsuz təmrinləri icra ediblər. "Qəbələ” 17-18 iyulda da bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.
Qeyd edək ki, iyulun 20-də baş tutacaq "Yagelloniya” – "Qəbələ” qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.











































































