1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" növbəti mərhələdə! - YENİLƏNDİ
"Qarabağ” komandası Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Gürcüstan "Samtredia”sının qonağı olub.
Sportnet.az-ın məlumatına görə, Samtredia şəhərinin eyniadlı təmsilçisinin ölkə çempionatında ev oyunlarını keçirdiyi Erosi Manqaladze stadionu UEFA tələblərinə cavab vermədiyi üçün görüş Tbilisidəki Boris Payçadze adına "Dinamo" Arenasında baş tutub. Matç qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 22-ci dəqiqədə Donald Gerye vurub. O, cərimə zərbəsindən topu birbaşa tora göndərib. Bununla da hər iki görüşdən qalib ayrılan "Qarabağ" mərhələ adlayıb.
Qeyd edək ki, Ağdam komandası ötən həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk matçda rəqibini Əfran İsmayılov, Dino Ndlovu (2), Donald Gerryer və Migel Madeyranın qolları ilə 5:0 hesabı ilə məğlub edib. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif” (Moldova) – "Kukesi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Moldova təmsilçisi evdə keçirdiyi ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab oyunu iyulun 19-da keçiriləcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
18 iyul
21:00. "Samtredia” (Gürcüstan) – "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Donald Gerye, 22
İlk oyun – 0:5
Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mixayloviç
Dördüncü hakim: Marko Popoviç (hakimlər briqadası Serbiyadandır)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Pol Daniel Zaharya (Rumıniya)
Tbilisi. Boris Payçadze adına "Dinamo" stadionu