"Qəbələ" komandası Polşada "Yagelloniya" ilə keçirəcəyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununa hazırlığı hazırlığı Varşavada davam etdirir. Sportnet.az-ın məlumatına görə, "qırmızı-qaralar” iyulun 17-də növbəti məşqini gerçəkləşdirib.
Baş məşqçi Roman Qriqorçukun komandası günün ikinci yarısında hazırlıq keçib. Məşq prosesi yerli "Drukarz” klubunun stadionunda baş tutub. "Qırmızı-qaralar” toplu və topsuz çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, iyulun 16-dan Varşavada hazırlıq keçən "Qəbələ” bu gün də paytaxtda məşq edəcək. Komanda sabah baş tutacaq oyunöncəsi son məşqi matçın keçiriləcəyi Belostok şəhər stadionunda gerçəkləşdirəcək. görüş isə iyulun 20-də baş tutacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.