1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Astra"nın kapitanı: "Qrupa düşməliyik"
"Bilirdik ki, bizi Bakıda çox çətin oyun gözləyir. Amma lazım olan nəticəni əldə etməyi bacardıq".
Sportnet.az xəbər verir ki, bunu Rumıniya "Astra"sının kapitanı Aleksandru Stan Bakıda "Zirə" ilə 0:0 hesablı heç-heçə etdikləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 28 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisini yaxşı komanda kimi dəyərləndirsə də, cütlüyün qalibi kimi mərhələ adlamalarına sevindiklərini vurğulayıb.
Stan Avroliqanın III təsnifat mərhələsində qarşılaşacaqları Ukrayna "Aleksandriya"sı barədə də danışıb: "Artıq qarşıda bizi Ukrayna komandası ilə növbəti sınaq gözləyiri. Heyətimizin qısa zamanda yığılmasına və gənc oyunçuların çoxluq təşkil etməsinə baxmayaraq, çalışacayıq ki, Avropa Liqasında qrup mərhələsinə düşək".
Qeyd edək ki, "Astra" ilk görüşdə 3:1 hesabı ilə qalib gəldiyi üçün "Zirə"ni üstələyərək, mərhələ adlayıb ("Report").