1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlqar Qurbanov: "Afinadan maksimum nəticə ilə dönmək istəyirik"
"II təsnifat mərhələsini uğurla adladığımıza sevinirik. Polşanın "Yagelloniya” klubu ilə evdə keçirdiyimiz ilk qarşılaşma bir az çətin alındı. İstənilən oyunu göstərə bilmədik. Amma cavab oyununa daha yaxşı hazırlaşdıq. Bu da normaldır. Çünki təlim-məşq toplanışından sonra ilk matçlar çətin olur. Həm komanda tam hazır olmur, həm də yeni futbolçulara uyğunlaşmağa müəyyən vaxt lazım gəlir. Buna baxmayaraq, cavab görüşündə oyunumuzu yaxşı tərəfdən göstərə bildik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu İlqar Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. 31 yaşlı yarımmüdafiəçi Polşada "Yagelloniya" ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə təmkinli mübarizə apardıqlarını bildirib: "Rəqib də ilk oyunu təhlil etmişdi. Bakıdakı qarşılaşmada rəqibə bir neçə əks-hücum imkanı vermədiyimizdən arxaya çəkilib bizi meydanın özünə aid hissəsində gözləyirdi. Lakin biz səbirli olub, topa nəzarət etməyə çalışdıq. Matçın əvvəlində qol vurmağımız isə bizi daha da ruhlandırdı. Polşadakı oyunda komanda şəklində yaxşı mübarizə apardıq”.
Avroliqanın III təsnifat mərhələsində qarşılaşacaqları Yunanıstan "Panatinaikos” haqda fikirlərini açıqlayan Qurbanov Afina səfərində də uğur qazanmağa iddialı olduqlarını bildirib: "Səfərdəki ilk oyuna matçın keçiriləcəyi Afinada hazırlaşırıq. Artıq bir neçə gündür məşqlərimizi Yunanıstanda keçirik. Səfərdə keçirəcəyimiz ilk görüşdən maksimum nəticə ilə dönmək istəyirik. Düşünürəm ki, rəqib haqda çox danışmağa ehtiyac yoxdur. "Panatinaikos” öz sözünü demiş komandadır. Afina klubu aqressiv oyunu ilə həmişə azarkeşlərin diqqət mərkəzində olub. Bizi rəqib meydanında çətin qarşılaşma gözləyir”.
Qeyd edək ki, "Panatinaikos"la "Qəbələ" arasındakı ilk oyun iyulun 27-də keçiriləcək.