"Qəbələ"nin Yunanıstan "Panatinaikos"u ilə Bakıda keçirəcəyi Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünün başlama saatı müəyyənləşib.
Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, avqustun 3-də "Bakcell Arena"da təşkil olunacaq qarşılaşmanın start fiti saat 21:00-da çalınacaq.
Qeyd edək ki, komandalar arasında iyulun 27-də Afinada keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.











































































