1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tahir Gözəl: "Komandamıza mesaj verirəm"
"Şerif”in yaxşı komanda olduğunu bilirdik. Avrokuboklarda təcrübələri var. Bu gün müdafiədə və əks-hücumlarda güclü təsir bağışlayan "Şerif” gördüm. "Qarabağ” da əla oynadı. Oyunumuzdan çox razı qaldım. Üç-dörd yüzfaizli qol şanımız oldu. Təəssüf ki, top qapıdan keçmədi. Buna heç cür inana bilmirəm. Alınmadı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Moldova "Styaua"sı ilə Bakıda qolsuz yekunlaşan Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra deyib. Klub rəsmisi jurnalistlərin digər suallarını da cavablandırıb...
- Oyuna gələndə hansı nəticəni düşünüb gəlmişdiniz?
- Səmimi deyim: Düşünürdüm ki, "Qarabağ” iki qol vuracaq. Həm də bu, arzum idi. "Şerif" çox qapalı oynadı. Onlar heç-heçə üçün gəlmişdilər və buna da nail oldular. Amma biz arzumuza çata bilmədik. Səfərdəki oyun da çətin keçəcək. "Qarabağ” açıq-aşkar üstün oldu. "Şerif”in müdafiəsi və qapıçısı əla idi. "Qarabağ” da rəqibdən geri qalmırdı. Maksim Medvedevin oyununu qeyd edərdim. O, möhtəşəm çıxış etdi.
- Qələbə üçün nə çatmadı?
- Bəxt də lazımdır. Biz üstün idik.
- Nəticə ruh düşkünlüyü yaratmır?
- Xeyr. Bu gün "Qarabağ” möhtəşəm idi. Hər oyunu udmaq olmaz. Elə futbolun gözəlliyi də bundadır. Məndə belə düşüncə yoxdur. Hərdən soruşursunuz ki, transfer lazımdır? Mən isə cavabımda deyirəm ki, xeyr, bu komanda güclüdür. Komandamıza mesaj verirəm ki, güclüsünüz. Amma buna baxmayaraq, hər zaman da axtarışdayıq. Öz oyunçularımıza da güvənirik. Bu komandanı bəyənirəm.
- Oyun ərzində "Hardasan, kapitan?” deyə öz-özünüzə sual verdiniz?
- Çox axtarırdım Rəşad Sadıqovu.... Gözlərim kapitanı gəzirdi.
- Yakub Jezniçakın zədəsinə nə reaksiya verdiniz?
- Çox təəssüfləndim. Amma oyuna daxil olan Elvin Yunuszadə də əla çıxış etdi (qol.az).