"Qəbələ” komandasının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Panatinaikos” ilə səfərdə keçirəcəyi ilk matçını Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin köməkçisi də izləyəcək.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-dan "Report”a bildiriblər ki, qapıçılar üzrə məşqçi Faiq Əzizov Afinaya ezam olunub. O, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək oyuna tribunadan baxacaq.
Əzizov bundan əvvəl II təsnifat mərhələsi çərçivəsində baş tutan "Fola Eş" - "İnter" görüşündə olub.
Qeyd edək ki, Robert Prosineçki hazırda vətəni Xorvatiyada istirahətdə olduğundan Azərbaycan klublarının cari avrokubok mövsümündə keçirdikləri 13 qarşılaşmanın heç birini stadionda izləməyib.












































































