1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Panatinaikos”un kapitanı: “Hesabdan razı deyiləm”
"Daha çox qol vurmağa layiq idik. Qələbədən razıyam, amma hesabdan yox”.
Sportnet.az xəbər verir ki, bunu Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qəbələ” üzərində qələbəni şərh edən Yunanıstan təmsilçisi "Panatinaikos”un kapitanı Zeka söyləyib.
29 yaşlı portuqaliyalı yarımmüdafiəçi yaxşı oynadıqlarını, lakin qolların davamını gətirə bilmədiklərini deyib: "Qalib gəlməyimiz sevindiricidir. Yaxşı oynadıq, amma 2 və 3-cü qolları vura bilmədik. Müsbət hal odur ki, qapımızı toxunulmaz saxladıq. Səfərdə də qələbəyə oynayacağıq. Göstərdik ki, rəqibdən daha yaxşıyıq”.
Qeyd edək ki, bu kollektivlər arasında cavab görüşü avqustun 3-də Bakıdakı "Bakcell Arena"da keçiriləcək.