1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Klublarımız əmək haqqı xərclərini 26 faiz artırıb
Azərbaycan Premyer Liqasında çıxış edən klublar tərəfindən əmək haqlarına sərf olunan vəsaitin məbləği 26 faiz artıb.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın Lisenziyalaşdırma qrupunun növbəti illik hesabatında qeyd olunub. Sənəddə bildirilir ki, 2016-cı ildə klubların ümumi gəlirləri bir il əvvələ nisbətən 23 faiz çoxalıb. Ötən il sponsorlardan daxilolmalar klubların ümumi gəlirlərinin 58 faizini təşkil edib. 2015-ci ildə isə bu rəqəm 77 faiz olub. UEFA-dan daxilolmalar isə 20 faizdən 37 faizədək yüksəlib.
Qurumun hazırladığı hesabatda klubların 2015-ci illə müqayisədə 2016-cı ildə Premyer Liqa matçlarına bilet satışından əldə etdikləri ümumi gəlirin 80 faiz, UEFA-nın yarışları üzrə isə 52 faiz azaldığı bildirilir.