1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Sumqayıt" PFL-in qərarını saymadı
"Sumqayıt" klubu "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının II tur matçında iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Sportnet.az-ın məlumatına görə, bunlar "qırmızı-qaralar"dan icarəyə götürülmüş Bəhlul Mustafazadə ilə Ramil Həsənovdur.
Əslində Mustafazadə və Həsənovun nə zədəsi var, nə də cəzalıdırlar. Sadəcə, onlar "qırmızı-qaralar"dan icarəyə götürülərkən, iki klub arasında şifahiş razılıq olub. "Sumqayıt" rəhbərliyi həmin oyunçuları keçmiş klublarına qarşı oynatmayacaqlarına söz verib. Baxmayaraq ki, Peşəkar Futbol Liqası icarədə olan oyunçuların keçmiş klublarına qarşı oynamalarına qadağa qoyan qərar çıxarıb.
Faktı Sportnet.az-a açıqlamasında "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib.
Amma hələlik bu futbolçular "Sumqayıt"ın əsas heyətinə düşməkdə çətinlik çəkirlər. Mustafazadə ilk turda "Kəpəz"lə matçda 90+1-ci dəqiqədə meydana çıxıb. Həsənov isə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, avqustun 20-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq.